SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan": "Shusha Cup"-a qeydiyyat davam edir

Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının beşinci turniri olaca "Shusha Cup"-a qeydiyyat davam edir.
 Chess.az xəbər verir ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna  Hindistandan ikiyüzə yaxın şahmatçı iştirak edib. Seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. "Karabakh is Azerbaijan" s
eriyasının növbəti turniri fevralın 14-də keçiriləcək və "Shusha Cup" adlanacaq. 
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə+ hər gedişə 2 saniyyə olacaq.
Həmin turnirə bu linkdən daxil ola bilərsiniz.
"SHUSHA CUP"
---------------------------------------------------------------------------------------------------------------------------------
Seriyada iştirak etmək üçün:
Adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Qeydiyyatdan uğurla keçmiş şahmatçılara turnirin şifrəsi göndəriləcək.
Keçiriləcək səkkiz turnir ərzində hər yarışda ilk altı yeri tutmuş şahmatçılar Böyük finalda iştirak etmək üçün əlavə xallar qazanacaqlar.

 Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da başlayır. 


Dörd turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli)      20 xal
2.Orxan Bağırov (Bakı)         20 xal

3.Kutay Sakmak  (Türkiyə)    16 xal
4.Yusif Mustafazadə (Bakı)    10 xal  

5.İsmayıl Qurbanov (Bakı)      8 xal
6.Kayra Özdemir (Türkiyə)      8 xal
7.Rəvan Uğuzov      (Bakı)      8 xal
8.Kənan İsbatov  (Bakı)          7 xal
9.Aytac Məmmədova (Samux) 6 xal

10.Daim Ağalarov (Qusar)       6 xal
------------------------------------------------------------------------------
1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final".


Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı). 

 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss