SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan": İsmayıl Süleymanlı "Shusha Cup"-ın qalibi oldu

Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının beşinci turniri olan "Shusha Cup" uğurla başa çatdı.
 Qeyd edək ki, bugünkü turnirdə 77,  indiyədək keçirilmiş beş turnirdə isə, Azərbaycan, Türkiyə, Ukrayna  Hindistandan ümumilikdə ikiyüzdın artıq şahmatçı iştirak edib. Xatırladaq ki, seriya ümumilikdə səkkiz turnir və böyük finaldan ibarətdir. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyır. Bu gün keçirlmiş "Shusha Cup"-ın qalibi 11 oyundan 8.5 xal toplayan Süleymanlı İsmayıl olmuşdur. Onunla eyni xalı toplayan və yalnız əlavə göstəricilərə görə qələbəni bayram edə bilməyən Nurlan Hacıyev və Aydın Allahverdiyev müvafiq olarq ikinci və üçüncü yerləri tutmuşdurlar. 

 "Karabakh is Azerbaijan" seriyasının növbəti turniri fevralın 21-də keçiriləcək və "Agdam Cup" adlanacaq. 
Turnirlər İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyyədir.
Turnirə bu linkdən daxil ola bilərsiniz.
"AGDAM CUP"

Onu da qeyd edək ki, turnirdəki bütün qarşılaşmalar Lichess.org şahmat platformasının Anti-Çitter komissiyası tərəfindən araşdırılır. Əgər hər hansı bir şahmatçının qaydalara zidd hərəkəti müəyyən olunarsa o yarışdan kənarlaşdırılacaq və onun adı ictimaiələşdiriləcək. 
---------------------------------------------------------------------------------------------------------------------------------
Seriyada iştirak etmək üçün:
Adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Qeydiyyatdan uğurla keçmiş şahmatçılara turnirin şifrəsi göndəriləcək.
Keçiriləcək səkkiz turnir ərzində hər yarışda ilk altı yeri tutmuş şahmatçılar Böyük finalda iştirak etmək üçün əlavə xallar qazanacaqlar.

Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar günü, Bakı vaxtı ilə saat 12:00-da başlayır. 


Beş turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli)       20 xal
2.Orxan Bağırov (Bakı)          20 xal

3.Kutay Sakmak  (Türkiyə)     16 xal
4.İsmayıl Süleymanl (Bakı)     13 xal 

5.Yusif Mustafazadə (Bakı)     10 xal  
6.Rəvan Uğuzov      (Bakı)       9 xal
7.Kənan İsbatov  (Bakı)           9 xal

8.İsmayıl Qurbanov (Bakı)       8 xal
9.Kayra Özdemir (Türkiyə)       8 xal
10.Nurlan Hacıyev (Mingəçevir)8 xal 
11.Aytac Məmmədova (Samux)      6 xal
12.Daim Ağalarov (Qusar)            6 xal
13.Aydın Allahverdiyev (Bakı)        6 xal
14.Vahid Bəşirli     (Gəncə)          4 xal 
15.Rəşid Səfərov (Qusar)             3 xal
16.Amin Qurbanov (Bakı))            2 xal
------------------------------------------------------------------------------
1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final".


Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı). 

 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss