SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Opera Euro Rapid": Vesli birinci, Teymur isə üçüncü oldu

Dünən gecə saatlarında “Champions Chess Tour” Onlayn şahmat seriyasının üçüncü turniri olan "Opera Euro Rapid" başa çatdı. 
 Təmsilçimiz Teymur Rəcəbov 3-4-cü yerlər uğrunda keçirilən qarşılaşmada fransalı rəqibi Maksim Vaşye-Laqrafı üstələyərək turniri üçüncü pillədə bitirdi. İlk oyunda qazandığı 2.5:1.5 hesablı qələbənin ardından, Teymur dünən də rəqibindən üstün oldu 2:0.  

Finala gəlincə, seriyanın ilk turnirində olduğu kimi yenə də həlledici matçda dünya çempionu Maqnus Karlsenlə amerikalı Vesli So qarşı qarşıya gəldilər. İlk matçda qeydə alınan 2:2-lik bərabərlikdən sonra, dünən həlledici oyunda  Vesli So Maqnusu üstələyərək (2.5:1.5) turnirin qalib oldu.
Qeyd edək ki, amerikalı şahmatçı turnirdə qazandığı qələbə sayəsində 30 000 ABŞ dolları məbləğində mükafat qazandı. İkinci yerin sahibi Maqnus Kalrsen 15 000, üçüncü olan həmyerlimiz Teymur Rəcəbov isə 8.500 ABŞ dolların sahibi oldu.


Final (ikinci oyun):
Vesli So (ABŞ) - Maqnus Karlsen (Norveç)  2.5:1.5

3-4-cü yer uğrunda final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqraf (Fransa) 2:0


Final (ilk oyun):
Maqnus Karlsen (Norveç) - Vesli So (ABŞ) 2:2

3-4-cü yer uğrunda final (ilk oyun):
Maksim Vaşye-Laqraf (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) 1.5:2.5

1/2 final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan)Vesli So (ABŞ) 1:2

1/2 final (ilk oyun):
Vesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 2.5:1.5

1/4 final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan) - Aniş Giri (Niderland) 1.5:0.5

1/4 final (ilk oyun):
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan) 2:2

Qrup mərhələsi:
15-ci tur:Teymur Rəcəbov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)  0.5:0.5
14-cu tur:Vesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)                    0.5:0.5
13-cü tur:Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqraf (Fransa)0.5:0.5
12-cu tur:Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)      0.5:0.5
11-cu tur:Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (ÇİN)                 0.5:0.5
10-cu tur:Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)          0.5:0.5
9-cu tur : Santos Vidit (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan)       0.5:0.5
8-ci tur : Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)        0.5:0.5
7-ci tur : Yan Nepomnyaşiy (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)    0.5:0.5
6-cı tur : Teymur Rəcəbov (Azərbaycan)-Aniş Giri (Niderland)              0.5:0.5
5-ci tur : Aleksandr Qrişyuk (Rusiya)- Teymur Rəcəbov (Azərbaycan)    0.5:0.5
4-cü tur : Teymur Rəcəbov (Azərbaycan)- Yan-Kşıştof Duda (Polşa)      0.5:0.5
3-cü tur:  Leyner Dominqez (ABŞ) -  Teymur Rəcəbov (Azərbaycan)      0.5:0.5
2-ci tur :  Teymur Rəcəbov (Azərbaycan)- Sem Şenkland (ABŞ)                1:0
1-ci tur :  Matias Blubaum (Almaniya) - Teymur Rəcəbov (Azərbaycan)  0.5:0.5
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss