SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Şahmat Olimpiadasına ev sahiblik edəcək

Azərbaycan bu il dünya miqyaslı şahmat turnirinə ev sahiblik edəcək.
  Chess.az xəbər verir ki, ötən ilin oktyabrın 2-dən 12-dək Naxçıvanda yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının (U-16) keçirilməsi planlaşdırılırdı. Lakin COVİD-19 pandemiyası üzündən mötəbər yarış qeyri müəyyən vaxta qədər təxirə salınmışdı. Bugünlərdə isə FİDE-nin rəsmi internet səhifəsində Olimpiadanın keçirilməsi ilə xəbər paylaşılıb. Qurumun rəsmi təqviminə salınan turnirin əvvəlcədən planlaşdırıldığı kimi Naxçıvanda keçiriləcəyi qeyd olunub, lakin dəqiq tarixi göstərilməyib.
Xatırladaq ki, Türkiyənin Çorum şəhərində keçirilən son Olimpiadada Azərbaycan yığması çempionluq sevinci yaşamışdır. Milli komandamız sözügedən yarışda 16 xal toplayaraq 37 ölkənin komandasını geridə qoyaraq Olimpia oyunlarının qalibi olmuşdur..
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss