SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycanlı xanım FİDE-də məsul vəzifəyə təyin olundu

Bu gün FİDE-də iki yeni təyinat rəsmiləşib.
Chess.az xəbər verir ki, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova qurumda yeni vəzifə alıb.
Həmyerlimiz Yarışlar Komissiyasının Katibi vəzifəsinə təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb.
2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.
Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib.
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss