SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İlahə Qədimova:"Bu il bir sıra vacib yarışlar olacaq" (MÜSAHİBƏ)

FİDE-nin Yarışlar Komissiyasına yeni katib təyin olunan Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova  apasport.az saytına müsahibə verib.
Müsahibəni olduğu kimi sizə təqdim edirik.

- Əvvəl çalışdığınız FİDE-nin Qadın Şahmatı Komissiyasından ayrılaraq Yarışlar Komissiyasına katib təyin edildiniz. Bu dəyişiklik necə reallaşdı?
- Yarışlar Komissiyasının katibi var idi. Sadəcə, o, Məşqçilər Komissiyasına keçdiyindən, FİDE bu boşluğu mənim doldurmağımı məsləhət gördü. Qadın Şahmatı Komissiyasında çalışmaq da çox maraqlı idi. Orada çoxlu işlər görülmüşdü. Ancaq Yarışlar Komissiyası daha məsuliyyətlidir. Bu, FİDE-nin göstərdiyi etimaddır. Mən də bunu doğrultmağa, həmişəki kimi, əlimdən gələni etməyə çalışacağam.
- Bundan əvvəl yer aldığınız komissiyada şahmat adına hansı faydalı işlər gördünüz?
- Bu, əsasən FİDE-nin fəaliyyəti ilə bağlıdır. Orada hakimlər, məşqçilər kimi bir sıra layihələr var idi. Biz çalışırıq ki, qadınlar dünya şahmatının hər istiqamətində daha fəal iştirak etsinlər. 
- FİDE-nin Yarışlar Komissiyasının fəaliyyəti ilə bağlı hansısa yeniliklər gözlənilirmi?
- Komissiyanın işində elə bir yenilik gözlənilmir. Bu komissiya FİDE-nin bir sıra rəsmi tədbirləri üzərində çalışır, beynəlxalq seminarlarını təşkil edir, adları təqdim edir.
- Yeni vəzifəniz dünya səviyyəli yarışlar, o cümlədən İddiaçılar Turnirinin Bakıya salınmasında hansısa rol oynaya bilər?
- Burada məsələ belədir ki, FİDE hansı yarışın nə zaman baş tutacağını açıqlayır, maraq göstərən ölkələr də öz namizədliklərini irəli sürə bilirlər. Ondan sonra qurum məsələyə baxır. Bildiyiniz kimi, Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Olimpiada keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə təxirə salındı. Hazırda da hadisələrin necə cərəyan edəcəyi bilinmir. Elə bir dönəmdir ki, yoluxmalarla bağlı vəziyyətin necə olacağını təxmin etmək çətindir. Sevindirici haldır ki, onlayn şəkildə də olsa şahmat turnirləri təşkil olunur və FİDE də bunda fəal iştirak edir. Həmçinin başqa bir sistem də tətbiq olunacaq. Bu, Hibrit sistemidir. Burada hansısa turnirə qoşula bilməyən komandalar öz ölkələrindən oynaya bilərlər. Hibrit sisteminə görə onlayn oynayacaqlar, amma ya federasiyadan, ya da hansısa klubdan. Orada hakim özü iştirak edəcək. Gələcəkdə belə bir format nəzərdə tutulur.
- Yığmamızın aparıcı üzvlərindən olmusunuz. Koronavirus səbəbindən hazırda daha çox kişilərin yarışı keçirilir. Bu amil qadın şahmatçıların inkişafına mane olmayacaq?
- Onlayn turnirlərin öz spesifikası var. Əlbəttə ki, oflayn turnirlə müqayisə etmək bir az çətindir. Amma istənilən çətin vəziyyətdən çıxış yolu olmalıdır. Onlayn turnir də hazırkı durum üçün çıxış yoludur. İştirakçıların qadın və ya kişi olmasının fərqi yoxdur. Bir çox turnirlər olur, şahmatçılar da öz üzərlərində işləməlidirlər. Sadəcə olaraq, motivasiya itməməlidir. Bu il bir sıra vacib yarışlar olacaq, həmçinin gələn il Olimpiada gözlənilir.
- Son vaxtlar Azərbaycan şahmatı Teymur Rəcəbovun çiyinləri üzərindədir. Gələcəkdə təcrübə toplamaq baxımından bu, digərlərinə problem yaratmayacaq?
- Niyə problem yaratsın? O biri şahmatçılar da başqa turnirlərdə güclərini sınayırlar. Onlayn turnir çox keçirilir. İnanıram ki, bizim şahmatçılar məşqlərini də davam edirlər, onlayn yarışlara da qatılırlar. İnkişaf etmək isə şahmatçıların əsas öz üzərlərində çalışmalarından asılı olacaq. Teymurun daha böyük turnirlərdə iştirakı digərləri üçün heç də mənfi hal deyil.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss