SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grenke Bank" ilk Dünya Çempionu oldu

Dünən FİDE-nin təşkil etdiyi şirkətlər arasında ilk onlayn Dünya çempionatı başa çatdı.
 Chess.az xəbər verir ki, 1 467 şahmatçının qatıldığı dünya birinciliyində, 78 ölkədən 288 komanda iştirak edib. DÇ-da qələbəni isə Almaniyanın "Grenke Bank" komandası bayram etdi. Final qarşılaşmasında heyyətində dünya reytinq sırlamasının dördüncüsü olan Yan Neponmyaşiyli Rusiyanın "Sberbank" klubunu üstələyən "GRENKE Bank", şirkətlər arasında ilk Dünya Çempionu adını qazandı. Əslində bankirlər əvvəldən turnirin favoritlərindən sayılırdılar. Buna səbəb komandanın tərkibində titullu şahmatçıların çoxluğudur. Reqlamnetə görə hər bir komandada kənardan yalnız bir professional şahmatçının xidmətindən istifadə edə bilərdi. Bankirlərin heyyətində isə bankın özündə çalışan üç professional şahmatçı var. Bunlar qrossmeyster Georq Mayer, qadınlar arasında qrossmeyster Xanna Mari Klek və qadınlar arasında Beynəlxalq Usta İnna Aqrestdir. Bundan əlavə "Grenke Bank" klubu rusiyalı qrossmeyster Alina Kaşlinskayanı da bir professional kimi dəvət  etmişdir. 
Qeyd edək ki, "Grenke Bank" komandasının liderlərindən olan alman qrossmeyster Georg Mayer və onun komanda yoldaşları uzun illərdir həmin bankda çalışırlar və reqlmanetə görə şirkət əməkdaşları kimi bir professional limitinə düşmürlər. Komandanın lideri olan Georg Mayer qələbə və özü haqqında bunları deyib:"Mən legioner deyiləm. Mən sadəcə boş vaxtlarında şahmat oynayan "Grenke Bankın" əməkdaşıyam. Mən üç gözəl xanımla bir komandada çıxış etdiyimə görə özümü xoşbəxt hiss edirəm. İlk oyundan sonra mən ümumi qələbəmizə inandım və nəticədə belə də oldu"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss