SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan şahmat turniri təşkil ediləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə fevralın 25-də Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.
 Lichess.org şahmat platforması üzərindən baş tutacaq turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq. Turnir fevralın 25-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 
TURNİRİN LİNKİ.
Karate üzrə Dünya, Avropa və 12 qat Azərbaycan çempionu olmuş Emil Şamilov Vətən müharibəsində ordu sıralarına könüllü yazılaraq, döyüşlərə yollanıb. Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Şamilov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss