SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vüqar Həşimov" Ş.K. Avropa Çempionatında iştirak edəcək

Martın 27-dən 30-dək onlayn formatda klublar arasında Avropa Çempionatı keçiriləcək. 
Chess.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi ötən il yaradılan "Vüqar Həşimov" Şahmat Klubu təmsil edəcək. Yarışda ümumilikdə 17 komanda iştirak edəcək. Komandamız reytinqinə görə turnirin favoritlərində biri  hesab olunur. "Vüqar Həşimov" klubu 2557 orta reytinq xalı ilə yarışa dördüncü pillədən başlayacaq. Xatırladaq ki, ötən il Çernoqoriyada keçirilmiş Avropa çempionatında "Vüqar Həşimov" klubu 8-ci yeri tutmuşdur.

 
"Vüqar Həşimov" Ş.K : 
1.GM.Rauf Məmmədov (2654)
2.GM.Vüqar Əsədli (2572)

3.İM.Aydın Süleymanlı (2512)
4.GM.Ülvi Sadıqov (2490)
5.İM.Əhməd Əhmədzadə (2431)
Oynayan məşqçi: İM.Anar Allahverdiyev (2407) 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss