SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aronyan artıq "erməni" deyil

Fevral ayının əvvəlində erməni şahmatçı Levon Aronyanın Ermənistan vətəndaşlığından imtian etmək istədiyi ilə bağlı yayılan xəbərlər bu gün öz təsdiqini tapdı. 
Chess.az xəbər verir ki, 20 gün öncə bir çox informasiya agentliklərinin yaydığı xəbərdə Ermənistanın ən güclü şahmatçısı olan Levon Aronyanın ölkəsinin vətəndaşlığından imtina etmək niyyətində olduğunu xəbərini dərc etmişdirlər. Yayılan xəbərlərdə Levon Aronyanın ABŞ vətəndaşlığını qəbul edib, sözügedən ölkənin bayrağı altında çıxış etməyə hazırlaşdığını qeyd olunurdu. 

 Bu gün Aronyan şəxsi Feysbuk səhifəsindən ictiamiətə müraciət edərək bu xəbəri təsdiq etdi və rəsmi şəkildə artıq "erməni şahmatçısı" olmadığını elan etdi.
Levon Aronyan: "Ötən il çox çətin il oldu. Epidemiya, müharibə və s. Mənim üçün isə əsl faciə  Ermənistan hökümətinin şahmata göstərdiyi və dərinləşən laqeyid münasibət oldu. Mən artıq seçim qarşısında idim, ya burada qalmalı idim ya da mənə qiymət verilən yerə getməli idim. Ermənistan hökümətinin verdiyi sözlərinin üstündə durmasını gözlədim, amma təəsüf ki, olmadı. Son bir il mənim karyeramda itirlmiş bir il oldu.  Bir neçə ölkədən təkliflər alırdım, o cümlədən ABŞ-dan. Böyük şahmat həvəskarı olan Reks Sinkfild hər il mənə ABŞ-a köçməyi təklif edirdi və nəhayət mən onun təklifini qəbul etdim. ABŞ yığmasının lideri olan Fabiano Karuanaya da mənə dəstək olduğu üçün təşəkkür edirəm.′′

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss