SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Onları tanıyaq": Borislav İvkov (RUBRİKA)

Əli Həsənov
Chess.az saytının "Onları tnıyaq" rubrikası çərçivəsində, siz bu gün yazarımız Əli Həsənovun təqdimatında Borislav İvakovu yaxından tanımaq imkanını əldə edəcəksiniz.
 

Borislav İvkov (Yuqoslaviya)
Borislav İvkov 12 noyabr 1933-cü ildə Yuqoslaviyanın paytaxtı Belqrad şəhərində anadan olub. O 1951-ci ildə Birminqem şəhərində keçirilən gənclər arasında ilk dünya çempionatının qalibidir. İvkov 1954-cü ildə qrossmeyster tituluna yiyələnib (o zamanlar gənclər arasında dünya çempionatının qalibinə bir başa qrossmeyster titulu verilmirdi). Gənclər arasında dünya çempionu olarkən öz dövrünün elitar şahmatçıları Bent LarsenFrederik Olafssonu qabaqlamağı bacarıb. İvkov 3 qat Yuqoslaviya çempionudur, uzun illər ərzində Svetozar Qliqoriçdən sonra ölkəsinin ikinci şahmatçısı kimi 1956-1980-ci illərdə milli yığma komandanın tərkibində 12 dəfə Şahmat Olimpiadalarında iştirak edib. Bir neçə beynəlxalq turnirin qalibidir. O 1965-ci ildə iddiaçılar arasına düşməyi bacarsa da, ¼ final mərhələsində Bent Larsenə məğlub olub, həmçinin 1967, 1970, 1973 və 1979-cu illərdə zonalararası turnirlərin iştirakçısı olmuşdur. 1970-ci ildə keçirilən SSRİ - Dünya yığması matçında dünya yığmasının tərkibində iştirak edən qrossmeysterlərdən biri olub. Borislav İvkov öz dövrünün əfsanələrindəndir, lakin o daha böyük uğurlar qazanmağı bacarmadı. “Maço” ləqəbli şahmatçı öz xatirələrində deyirdi ki, o heç zaman şahmatda professional kimi davrana bilməyib. Əyləncə, musiqi, teatr onun kifayət qədər vaxtını almışdır. Bununla belə o da öz adını şahmat tarixinə yazdırmağı bacarıb. 
İvkov – Karpov 1970: 1.Af3 Af6. 2.c4 e6. 3. Ac3 d5. 4.d4 Fe7. 5. Fg5 0-0. 6.e3 h6. 7. Fh4 b6. 8. Fd3 Fb7. 9. 0-0 c5. 10. Ve2 cd. 11.ed Taxtada o dövlrər kifayət qədər populyar olan Vəzir qambiti oynanılır. 11... Ac6. 12. Tad1? Ab4!. Qaralar ağların ehtiyatsız gedişindən istifadə edirlər. İndi ağlar ya güclü ağ xanalı fili dəyişmək, ya da piyada itirmək seçimi qarşısındadırlar. 13. Fb1 dc. 14. Ae5 Tc8. 15.a3 Abd5. 16. Ff6 Ff6? 19 yaşlı Karpov yarana biləcək təhlükəni hiss etmir, əks halda o 16...Ac3! gedişi ilə təzyiqi azaldardı. 17. Vc2 Te8. 18. Vh7 Şf8. 19. Ae4 Tc7. 20. Tfe1 c3. 21. Ag3 Ae7! Həlledici 22. Af5 gedişindən qaralar dəqiq müdafiə olunurlar. 21...g6! gedişi də müdafiə üçün kifayət edirdi. 22. Vh8 Ag8. 23. Fh7 Fe5? Vacib məqamda qaralar səhvə yol verir. İlk baxışdan vəziyyət məyus görünsə də, 23...Şe7! gedişi ilə nisbi bərabərlik saxlanılırdı. Misal olaraq, 24. Af5! ef. 25. Ac6 Şd7. 26. Ad8 g6!! 27. Vg8 Tg8. 28. Fg8 c2. 29. Ab7!! cdV. 30. Td1 Şe7. 31. Ff7! və bərabər endşpil vəziyyəti alınır. 24. Af5! ef. 25. Vg8 Şe7. 26. Te5 Şf6. 27. Tf5 Şe6. 28. Te1 Şd7. 29. Te8. 1-0.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss