SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Onları tanıuaq": Aleksandr Voytkeviç (RUBRİKA)

Əli Həsənov
Chess.az saytının "Onları tnıyaq" rubrikası çərçivəsində, siz bu gün yazarımız Əli Həsənovun təqdimatında Aleksandr Voytkeviçi yaxından tanımaq imkanını əldə edəcəksiniz.

 

Aleksandr Voytkeviç (ABŞ)

Aleksandr Voytkeviç (1963 - 2006) 15 yanvar 1963-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. 1990-cı ildə qrossmeyster adını qazanıb. Uşaq yaşlarında həmyerlisi, əfsanəvi çempion Mixail Talın köməkçi məşqçilərindən biri, 1979-cu ildə isə, doğma Riqada keçirilən zonalararası turnirdə assistenti olub. 1981-ci ildə Latviya çempionu adını qazanıb. Voytkeviçin sovet ordu sıralarında xidmət etmək istəməməsi və qaçıb gizlənməsi onun karyerasında böyük fasilə yaradıb. Uzun müddət gizlənməyinə baxmayaraq, o 1986-cı ildə tutularaq həbs edilib, 2 ildən sonra isə əfv edilərək azadlığa buraxılıb və atasının vətəni Polşaya köçüb. Tezliklə yeni vətənində 2 dəfə ölkə çempionatının qalibi adını qazanıb. Daha sonra Aleksandr, ABŞ-a köçür və bu ölkənin adından oynamağa başlayır. O dəfələrlə təqvim ili ərzində ən çox qalib gələn oyunçu kimi yerli federasiyadan mükafatlar alır. Voytkeviç 2004-cü ildə Tripolidə keçirilən nokaut sistem üzrə dünya çempionatında iştirak edir. Həyatının son dönəmlərində o daha iki yarışın qalibi olmağı bacarır. 14 iyul 2006-cı ildə mədə bağırsaq traktının deformasiyası nəticəsində yaranan qanaxmadan dünyasını dəyişib. 

Voytkeviç – Skembris 1990:

1. Af3 d5. 2.c4 e6. 3.g3 Af6. 4. Fg2 c5. 5.0-0 Ac6. 6.d4 Fe7. 7dc Fc5. 8.a3 0-0. 9.b4 Fe7. 10. Fb2 a6. 11. Abd2 Te8. 12. Tc1 Fd7. 13. Vc2! Voytkeviç Katalan başlanğıcını özünəməxsus şəkildə oynayır və vəziyyətin sadəliyi qaraları arxayınlaşdırmamalıdır.13...Tc8. 14. Vb1 h6. 15. Td1 Vb6. 16.e4 de. 17. Ae4 Ae4. 18. Ve4 Tcd8. 19. Vg4! Ff8. 19...f6 gedişinə 20. Td7! məsələni həll edir. 20. Ff6 Ae7. 21. Ae5 Fc8? Qaralar tamamilə passiv müdafiəni seçirlər və bu onlara baha başa gəlir. Mütləq şəkildə 21...Fa4 oynanılmalı idi. 22. Td8 Vd8. 23. Td1 Vc7. 24. Vh5! Af5. Yeganə gedişdir, digər müdafiə dərhal oyunun bitməsi ilə nəticələnər: 24...g6. 25. Vf3 Td8. 26. Td8 Vd8. 27. Fg5! hg. 28. Vf7 Şh8. 29. Fe4 Fg7. 30. Ve7! +- 25. Td7!! Fd7. 26. Vf7 Şh8. 27. Fe4! Ağlar həddindən artıq dinamik bir vəziyyətdə bir top geri olsalar da, sakit gedişlə hücumu daha da qüvvətləndirirlər.27...Vd6. 28. Ad7 Vd1. 29. Şg2 Ve2. 30 Fg7! Ag7 (30...Fg7. 31. Ve8 Şh7. 32. Ff5 ef. 33. Ve2 +-) 31. Vg6 Af5. 32. Ff5 ef. 33. Af6 1-0. Alqışalayiq və son dərəcə dəqiq hesablanmış kombinasiya!



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss