SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan": Böyük Finalın iştirakçıları məlum oldu

Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının son turniri olan "Lachin Cup" başa çatdı.
  Turnirdə 62, ümumilikdə seriyada isə beş ölkədən 264 şahmatçı iştirak edib.Seriyanın son turnirində qələbəni keçirdiyi 11 oyundan 9.5 xal toplayan Bakı şahmatçısı Novruzov Emin bayram etdi. İkinci yerin sahibi Qurbanov Ismayıl, üçüncü yerin sahibi isə xanım şahmatçısı Ləman Hacıyeva olmuşdurlar. Keçirilən son turnirdən sonra "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının "Grand Finalına" vəsiqə qazanan 11 şahmatçının adı məlum oldu.  
"Grand Finala" vəsiqə qazanan şahmatçılar:
1
.Elnur Mehtiyev (İmişli)         30 xal
2.Orxan Bağırov (Bakı)            20 xal

3.Şəhriyar Rəhmanov (Quba)    19 xal
4.Yusif Mustafazadə (Bakı)       19 xal 
5.Kutay Sakmak  (Türkiyə)       16 xal

6.İsmayıl Qurbanov (Bakı)        16 xal
7.İsmayıl Süleymanlı (Bakı)      15 xal 
8.Ləman Hacıyeva (Bakı)      )   14 xal
9.Kənan İsbatov  (Bakı)           10 xal 
10.Aydın Allahverdiyev (Bakı)     10 xal
------------------------------------------------------------------------------
Onu da qeyd edək ki, turnirdəki bütün qarşılaşmalar Lichess.org şahmat platformasının Anti-Çitter komissiyası tərəfindən araşdırılır. Əgər hər hansı bir şahmatçının qaydalara zidd hərəkəti müəyyən olunarsa o yarışdan kənarlaşdırılacaq və onun adı ictimaiələşdiriləcək. 
---------------------------------------------------------------------------------------------------------------------------------
Qeyd edək ki, seiyanın Böyük finalı martın 14-də Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək və 9 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə olacaq.

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"
                  14 mart   2021-ci il "Grand Final"

Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı). 

 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss