SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Maqnus Karlsen....

 Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının martın 13-də start götürəcək dördüncü mərhələsində Azərbaycanı iki şahmatçı təmsil edəcək.  
Chess.az xəbər verir ki, martın 21-dək davam edəcək turnirdə yarışın ümumi hesabında ikinci pillədə qərarlaşan Teymur Rəcəbovla yanaşı, Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov da yarış iştirakçıları arasında yer alacaq. Ümumilikdə 16 şahmatçının mübarizə aparacağı turnirin ümumi mükafat fondu isə, 220 000 ABŞ dolları təşkil edəcək. Şahmatçılarımızın rəqibləri isə, turnirin təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsendən başqa, amerikalılar Nikaru NakamuraUesli So, rusiyalılar Yan Nepomnyaşi, Sergey Karyakin  Daniil Dubov, fransız Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri Yorden Van Forrest, ispaniyalı David Anton, erməni Levon AronyanFİDE-ni təmsil edən Əlirza Firuzca olacaqlar. Daha iki şahmatçının adı isə, martın 9-11 tarixlərində keçiriləcək seçmə turnirindən sonra məlum olacaq.
Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss