SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bu gün Şəhriyar və Teymur Aronyana qarşı oynayacaqlar

 Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının dördüncü turniri start götürəcək.  
Chess.az xəbər verir ki, indiyədək keçirilmiş hər üç turnirdə iştirak edən Teymur Rəcəbovla yanaşı, bu dəfə turnirdə ölkəmizi daha bir şahmatçı, Azərbaycanın ən güclü qrossmeysteri olansı Şəhriyar Məmmədyarov da təmsil edəcək. Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparacaq. Şahmatçılarımızın rəqibləri isə, turnirin təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsen, amerikalılar Nikaru NakamuraUesli So, rusiyalılar Yan Nepomnyaşi, Sergey Karyakin  Daniil Dubov, fransız Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri Yorden Van Forrest, ispaniyalı David Anton, argentinalı Alan Peçot, isveçli Nils Qrandelius erməni Levon AronyanFİDE-ni təmsil edən Əlirza Firuzca olacaqlar. 

 Turnir bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu gün yarışın ilk beş turu keçiriləcək. İlk turda Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyanla mübarizə aparacaq. Teymur Rəcəbov da ilk oyun günündə Aronyanla qarşılaşacaq. Onların qarşılaşması dördüncü tura təsadüf edəcək.

1-ci tur 20:00: L.Aronyan (Ermənistan) - Ş.Məmmədyarov (Azərbaycan)
4-cü tur 23:00:T.Rəcəbov (Azərbaycan) - L.Aronyan (Ermənistan)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss