SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Onları tanıyaq": Joel Benjamin (RUBRİKA)

Əli Həsənov
Chess.az saytının "Onları tanıyaq" rubrikası çərçivəsində, siz bu gün yazarımız Əli Həsənovun təqdimatında Joel Benjamini yaxından tanımaq imkanını əldə edəcəksiniz.



 Joel Benjamin (ABŞ)
11 mart 1964-cü ildə Nyu-York şəhərində anadan olub. 13 yaşında usta olmaqla Fişerə məxsus rekordu yeniləyib. Yeniyetmə və gənclər arasında dəfələrlə ABŞ çempionu olub, 1982-ci ildə 20 yaşlılar arasında dünya çempionluğunun bir addımlığında büdrəyərək 3-cü yerlə kifayətlənib. 1986-cı ildə qrossmeyster adını alıb. Kişilər arasında 3 qat ABŞ çempionudur. 80-ci illərin sonunda bir neçə beynəlxalq turnirdə qalib və mükafatçı olmağı bacarır. 1993-cü ildə zonalararası turnirdə çıxış edir, 1997-2001-ci illərdə nokaut sistemli dünya çempionatlarının da iştirakçısı olur, lakin uğur qazana bilmir. 1993-cü ildə ABŞ millisinin heyətində komandalar arasında dünya çempionluğunu qazanır. 2008-ci ildə ABŞ-da ən cavan yaşda fəxri idmançılar sırasına daxil edilir. Benjamin ABŞ-da Fişerin davamçısı kimi sayılırdı və ona ümidlər böyük idi, lakin o bütün uğurlara baxmayaraq, gözlənilən nəticələri tam əldə edə bilmədi. Bir sıra kitabların, o cümlədən Qeyri-standart debut kitabının müəllifidir. O zaman-zaman özü də nadir hallarda rast gəlinən debütlərə üstünlük verirdi. 1997-ci ildə Kasparovun Deep Blue proqramı ilə matçında kompyuter tərəfindən qərar verən qrossmeyster funksiyasını icra edib. Joel həmçinin “Bobbi Fişerin axtarışında” filmində çəkilib. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss