SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Champions Chess Tour” : Şəhriyar və Teymur Karlsenə qarşı

Dünən start götürən “Champions Chess Tour” Onlayn şahmat seriyasının dördüncü turnirinin ilk beş turu keçirildi.  
Chess.az xəbər verir ki, turnirdəki təmsilçilərimizin ilk oyun günüdəki çıxışını qənaətbəxş hesab etmək olar. Keçirilən beş turdan sonra Şəhriyar MəmmədyarovTeymur Rəcəbov hərəyə 3 xal toplamaqla turnir cədvəlinin 4-8-ci pillələrini bölüşürlər. Qeyd edək ki, dünən hər iki şahmatçımız turnirdəki tək erməni olan və hələ də Ermənistan bayrağı altında çıxış edən Levon Aronyanla qarşılaşıblar. İlk turda Şəhriyar möhtəşəm oyun sərgiləyərək prinsipial rəqibinə qalib gəldi, Teymur isə 4-cü turda son vaxtıar tez-tez məyus etdiyi erməni rəqibi ilə bərabərə qaldı.

 Bu gün yarışın növbəti beş turu keçiriləcək. Bu gün hər iki şahmatçımız dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaqlar. 7-ci turda Şəhriyar, 10-cu turda isə Teymur dünya çempionu ilə üz-üzə gələcəklər. Qeyd edək ki, 16 şahmatçının qatıldığı qrup mərhəlisinin sonunda ( 3 oyun günü, 15 tur), ilk 8 yeri tutmuş şahmatçılar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayır.    

CANLIскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss