SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Elnur Mehtiyev "Karabakh is Azerbaijan" Onlayn Şahmat Seriyasının qalibi oldu

Bu gün Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat Seriyası başa çatdı.
  İki aydır ki,  davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna  Hindistandan ümumilikdə 264 şahmatçı iştirak etmişdir. Bu gün keçirilmiş "Böyük finala" isə, onların arasında ən yaxşı göstəricilərə malik olan 10 şahmatçı vəsiqə qazanmışdır. 

 "Karabakh is Azerbaijan" Onlayn Şahmat Seriyasının qalibi  adını İmişlidən olan Elnur Mehtiyev qazandı. Seriya ərzində üç turnirin qalibi olmuş Elnur, bu dəfə də rəqiblərini üstələyərək seriyanın ümumi qalibi olmağı bacardı. İkinci yerin sahibi gənc və perspektibli şahmatçımız İsmayıl Qurbanov oldu. Son mükafatçı isə Quba şahmatçısı Şəhriyar Rəhmənov oldu. Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn Şahmat Seriyasında ilk üş yeri tutmuş şahmatçılar “Azerfon” şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
"Böyük final":
1
.Elnur Mehtiyev (İmişli)           8 xal

2.İsmayıl Qurbanov (Bakı)         6 xal
3.Şəhriyar Rəhmanov (Quba)   4.5 xal
4.Kənan İsbatov  (Bakı)          4.5 xal 
5.Orxan Bağırov (Bakı)            4.5 xal 

6.Yusif Mustafazadə (Bakı)      4.5 xal  
7.Ləman Hacıyeva (Bakı)           3 xal
8.Kutay Sakmak  (Türkiyə)        2 xal
9.Aydın Allahverdiyev (Bakı)      2 xal
10.İsmayıl Süleymanlı (Bakı)   1.5 xal 

"Grand Final"(Bütün qarşılaşmalar)

"Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı). 

 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss