SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Naxçıvan Premium Turnir" başa çatdı

Möhtəşəm təşkilatçılığı və maraqlı idman mübarizə ilə yadda qalan "Naxçıvan Premium Turnir" başa çatdı.
Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının təşkil etdiyi mötəbər yarış, martın 22-də start götürmüşdü və Muxatar Respublikanı təmsil edən 12 ən güclü şahmatçının iştirakı ilə keçirildi. 11 turun sonunda turnirdə qələbəni 9 xalla Qrossmeyster Urfan Sevdimalıyev bayram etdi.Yarışda ikinci yerin sahibi Urfanla eyni xal toplayan və yalnız əlavə göstəricilərə görə ikinci olan Pərviz Qasımov oldu. Üçüncü yerin sahibi isə Toğrul Həsənzadə oldu. Dünən keçirilən yarışın rəsmi bağlanış mərasimində qalibləri Azərbaycan Şahmat Federasiyasını vitse-prezidenti  Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının prezidenti Seymur Talıbov təltif etdi. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2 100 azn təşkil edirdi.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss