SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar turniri" üçün son iki gün

Ötən ilin mart ayında qalmaqallı şəkildə başlayan və sonradan yarımçıq dayandırılan "İddiaçılar Turniri" aprelin 19-da bərpa edilir.
 Xatırladaq ki, ötən ilin əsas şahmat yarışı 2020-ci ilin mart ayında Rusiyanın Yekaterinburq şəhərində start götürmüşdür. Turnirdən öncə FİDE-yə müraciət edən şahmatçımız Teymur Rəcəbov isə dünyada hökm sürən COVİD 19 pandemiyası üzündən yarışı başqa vaxta keçirmək təklif etmişdir. FİDE isə Teymurun bu müraciətinə gözlənilməz sərt şəkildə reaksiya verərək onu turnirdən kənarlaşdırılmışdır. Bu qərardan sonra FİDE hər kəsə inad turnirə start vermişdir. Lakin sonraki hadisələr şahmatçımızn necə də haqlı olduğunu göstərdi. Cəmi 7 turdan sonra, Rusiya höküməti COVİD-19 pandemiyası üzündən yaranan kritik vəziyyətlə əlaqədar olaraq, ölkədə bütün yerli və beynəlxalq yarışların təcili dayandırılması ilə bağlı qərar qəbul etmişdir və bu qərardan sonra "İddiaçılar Turniri" yarımçıq dayandırılməşdır.  Nəhayət 13 aylıq fasilədən sonra bütün dünyanın maraqla gözlədiyi turnir aprelin 19-dan etibarən bərpa edilir. Artıq turnirin ikinci dövriyəsi üçün hər şey hazırdır və şahmatçılar Yekaternburqa gəlməyə başlayıb.  
 Qeyd edək ki, birinci dövriyyədən sonra, turnir cədvəlinə aktivlərində 4.5 xalları olan fransız Maksim Vaşye-Laqraf və rusiyalı Yan Nepomnyaşiy başçılıq edirdilər.

Oyunların cədvəli:
19 aprel - 8 тур
20 aprel - 9 тур
21 aprel - 10 тур
23 aprel - 11 тур
24 aprel - 12 тур
26 aprel - 13 тур
27 aprel - 14 тур
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss