SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Champions Chess Tour” : Teymur və Şəhriyar yenidən eyni turnirdə

Aprelin 24-də Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının beşinci turniri start götürəcək.  
Chess.az xəbər verir ki, mayın 2-dək davam edəcək «Newin Chess Classic» adlı turnirdə ölkəmizi iki şahmatçı təmsil edəcək. Bunlar seriyanın ümumi hesabında üçüncü pillənin sahibi Teymur Rəcəbov və Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovdur. Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 000 ABŞ dolları təşkil edəcək. Şahmatçılarımızın rəqibləri isə, turnirin təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsendən başqa, amerikalılar Nikaru Nakamura, Uesli So və Leyner Dominqes, rusiyalı Sergey Karyakin, erməni Levon Aronyan, FİDE-ni təmsil edən Əlirza Firuzca, norveçlilər Aryan Tari Yoxan-Sebastyan Kristyensen, polyak Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingilis Qeveyn Cons və hindistanlılar Vidjit SantosRameşbabu Praqnanadxaa olacaqlar.
Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss