SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddaçılar turniri": Karuana və Alekseynko qələbə qazandılar

Ötən ilin mart ayında qalmaqallı şəkildə yarımçıq dayandırılan "İddiaçılar Turniri" bu gün nəhayət ki, bərpa edildi.
 Chess.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində 
 davam edən turnirin fasilədən sonra ilk, ümumilikdə isə 8-ci turu kifayət qədər məhsuldar alındı. Birinci dövrədən sonra liderlərdən biri olan fransız Maksim Vaşye-Laqraf 8-ci turda məğlub oldu. Fransızı məğlub edən isə, ümumi qələbəyə əsas namizədlərdən biri hesab olunan ABŞ şahmatçısı Fabiano Karuana oldu. Turun ən gözlənilməz nəticəsi isə Rusiya derbisində, Kirill Alekseenko-Aleksandr Qrişyuk oyununda qeydə alındı. Turnirə FİDE tərəfindən dəvət olunan və yarış iştirakçıları arasında reytinqi 2700-ELO xalından aşağı olan yeganə şahmatçı Alekseyenko təcrübəli Qrişyuku məğlub edərək "İddiaçılar turnirində" ilk qələbəsini qazandı. Cari turda niderlandlı Aniş Giri ilə heç-heçə edən rusiyalı Yan Nepomnyaşiy isə turnirin vahid lideri oldu. 
Turnir cədvəli: 1.Nepomnyaşiy - 5, 2-3.Karuana, Vaşye-Laqraf - 4.5, 4-5.Giri, Vanq Xao - 4, 6-7.Alekseyenko,  Qrişyuk, - 3.5, 8. Dinq Liren -3.

Oyunlar(CANLI):
19 aprel - 8 тур
20 aprel - 9 тур
21 aprel - 10 тур
23 aprel - 11 тур
24 aprel - 12 тур
26 aprel - 13 тур
27 aprel - 14 тур
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss