SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Dünya Kuboku 2021": Soçidə rekord sayda iştirakçı toplaşacaq

Kişilər və qadınlar arasında FİDE Dünya Kuboku 2021 yarışı iyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək. 
 Chess.az xəbər verir ki, Dünya Kuboku 27 gün davam edəcək və avqustun 6-da başa çatacaq. Artıq Rusiya höküməti sanitar-qiqiyenik qaydaları gözləmək şərtilə bu böyük yarışın keçirilməsinə rəsmi icazə də verib. 

 Bu ildən başlayaraq Dünya Kuboku uğrunda yarışın reqlamentində bəzi dəyişikliklər ediləcək. Beləliklə, indi trofey uğrunda daha çox şahmatçı mübarizəyə qoşulacaq. Kişilər arasında 50, qadınlar arasında isə 25 ən güclü şahmatçı mübarizəyə ikinci mərhələdən qoşulacaqlar. Digər şahmatçılar isə hibrid turnirdə (internet üzərindən, lakin hakimlərin nəzarəti altında) seçmə mərhələdən seçiləcəklər. Bu ildən başlayaraq kişilərin turnirində 126 yox, 206 şahmatçı, qadınların yarışında isə iştirakçıların sayı 64-dən 103-dək qaldırlıb. Xatırladaq ki, kişilər arasında Dünya Kubokunun son sahibi həmyerlimiz Teymur Rəcəbovdur.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss