SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddaçılar turniri": Yan Nepomnyaşiy inamla irəliləyir

Rusiyanın Yekaterinburq şəhərində ötən ilin mart ayında qalmaqallı şəkildə yarımçıq dayandırılan "İddiaçılar Turniri"-in ikinci dövrəsi davam edir.
 Chess.az xəbər verir ki, dünən mötəbər yarışın 
10-cu turun oyunları keçirildi. Birinci dövrədən sonra liderlər qrupunda yer alan rusiyalı Yan Nepomnyaşiy, yaranmış fasilədən sonra da öz uğurlu çıxışını davam etdirir. İki heç-heçədən sonra, Yan dünən həmyerlisi Kirill Alekseyenkonu məğlub edərək öz liderliyini möhkəmlədib. Nepomnyaşiy hal hazırda 6.5 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyiciləri olan Aniş Giri, Maksim Vaşye-Laqraf Fabiano Karuananı bir xal qabaqlayır. Bu gün turnirdə fasilə olacaq. Sabah isə olduqca maraqlı mübarizə davam edəcək. Sabah keçiriləcək 11-ci turun oyunların çərçivəsində mərkəzi oyun sössüz ki, Nepomnyaşiy ilə Karuana arasında olacaq. Bu oyunda mümkün qələbə Yan Nepomnyaşiyi demək olar ki, Şahmat tacı uğrunda matça aparacaq.  

Turnir cədvəli (1o turdan sonra): 1.Nepomnyaşiy - 6.5, 2-4.Karuana, Vaşye-Laqraf, Giri - 5.5, 5-6.Vanq Xao, Qrişyuk - 4.5, 7-8. Alekseyenko, Dinq Liren -4.

Oyunlar(CANLI):
23 aprel - 11 tur
24 aprel - 12 tur

26 aprel - 13 tur
27 aprel - 14 tur
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss