SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aydın Süleymanlı Monteneqroda birinci oldu!

Monteneqronun Niksiç şəhərində "Vladimir Bato Kontic" Memorialı başa çatdı.
 Chess.az xəbər verir ki, beynəlxalq dərəcəli turnirdə 10 ölkədən 22 şahmatçı iştirak edib. Sevindirici haldır ki, turnirdəki yeganə təmsilçimiz, Azərbaycanın şahmat gələcəyi hesab olunan 15 yaşlı Aydın Süleymanlı sonda turnirdə qələbəni bayram  edib. Son turda yerli şahmatçı Marko Krivokapiçlə heç-heçə edən Aydın, 6.5 xalla turnirin qalibi oldu. Yarışda ikinci yerin sahibi Monteneqrodan olan Luka Draskoviç, üçüncü yerin sahibi isə ABŞ şahmatçısı Xans Niman oldu. Qeyd edək ki, gənc Beynəlxalq Ustamız turnirdə göstərdiyi uğurlu nəticələrə əsasən, FİDE reytinq xallarını 14.5 bal artıraraq, reytinqini 2534.5-ə çatdırıb. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss