İsveçrənin Bil şəhərində Beynəlxalq şahmat festivalı davam edir. Dünən keçirilən 3-cü turda həmyerlimiz Şəhriyar Məmmədyarov ag fiqurlarla fransız Maksim Vişye- Laqravı məğlub edib. 3 oyuna aktivində 2.5 xalı olan Şəhriyar yarışın favoriti sayılan Maqnus Karlsenlə 1-2 –ci yerləri bölüşdurur. Bu gün keçiriləcək 4-cü turda Şəhriyarın rəqibi rusiyalı Petr Svidler olacaq. Qeyd edək ki yarışda 6 grosmeyster iştirak edir və turnir iki dövrəli sistemlə 10 turdan ibarət olacaq .
3 turdan sonra turnir cədvəli :
1.MAQNUS KARLSEN (NOR) 2.5
2.ŞƏHRİYAR MƏMMƏDYAROV (AZE) 2.5
3. PETR SVİDLER (RUS) 2
4.DAVİD NAVARA (CHE) 1.5
5.MAKSİM VİŞYE-LAQRAV (FRA) 1.5
6.NİKO GEORGİADİS (SUİ) 0