SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddaçılar turniri": Giri Nepomnyaşiyə yaxınlaşdı

Rusiyanın Yekaterinburq şəhərində "İddiaçılar Turniri" davam edir.
 Chess.az xəbər verir ki, bu gün, bir günlük fasilədən sonra mğtəbər turnir davam etdi. 11-ci turun mərkəzi qarşılaşmasında yarış cədvəlinin lideri rusiyalı Yan Nepomnyaşiy ilə, ümumi qələbəyə əsas namizədlərdən biri hesab olunan ABŞ şahmatçısı Fabiano Karuana üz üzə gəldi. Maraqlı keçən oyunda qalib müəyyənləşmədi. Qeyd edək ki, yarışın vahid lideri olan Nepomnyaşiy bu oyunda qələbə qazanacağı təqdirdə "İddiaçılar Turniri"-nin qalibi olmaq üçün çox ciddi bir addım atmış olardı. Lakin alınmadı. Parallel keçən qarşılaşmada niderlandlı Aniş Giri isə, liderin qələbə qazana bilməməsindən maksimum yararlandı. Öz oyununu tapa bilməyən yarışın açıq autsayderi Dinq Lireni məğlub edən Aniş, indi yarışını vahid lideri Yan Nepomnyaşiydən cəmi yarım xal geri qalır. 


Turnir cədvəli (1o turdan sonra): 1.Nepomnyaşiy - 7, 2.Giri - 6.5, 3.Karuana - 6, 4-5.Vaşye-Laqraf, Qrişyuk - 5.5, 6.Vanq Xao - 5, 7.Alekseyenko -4.5, 8.Dinq Liren -4. 

Oyunlar(CANLI):
24 aprel - 12 tur

26 aprel - 13 tur
27 aprel - 14 tur
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss