SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov Aronyana qarşı (CANLI)

Bu dəqiqələrdə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının beşinci turniri start götürdü.  

CANLI:
  Chess.az xəbər verir ki, mayın 2-dək davam edəcək «New İn Chess Classic» adlı turnirdə ölkəmizi iki şahmatçı təmsil edir. Bunlar seriyanın ümumi hesabında üçüncü pillənin sahibi olan Teymur Rəcəbov və Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovdur. Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 000 ABŞ dolları təşkil edəcək. Şahmatçılarımızdan başqa turnirdə seriyanın təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsendən, amerikalılar Nikaru Nakamura, Uesli So  Leyner Dominqes, rusiyalı Sergey Karyakin, erməni Levon Aronyan, FİDE-ni təmsil edən Əlirza Firuzca, norveçlilər Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polyak Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingilis Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanadxaa olacaqlar.
  Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. 

 Onu da qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq turnirin üçüncü turunda şahmat həvəskarlarını son vaxtlar olduqca prinsipial mübarizə şəraitində keçən Levon Aronyan Teymur Rəcəbov qarşılaşması gözləyir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss