SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Champions Chess Tour”: Teymur vahid liderdir

Bu dəqiqələrdə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının beşinci turniri olan «New İn Chess Classic»-in ilk oyun günü başa çatdı.   

  Chess.az xəbər verir ki, ilk oyun günüdə yarışdakı təmsilçilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kifayət qədər inamlı oyun sərgiləməyi bacardılar. 

  Ümumi hesabda üçüncü pillədə qərarlaşan Teymur, ilk turda ingilis Qeveyn Consu məğlub edib. Daha sonra Rəcəbov norveçli Aryan Tarini də sıradan çıxararaq, üçüncü turda prisipial qarşılaşmada qara fiqurlarla erməni Levon Aronyanla qarşılaşdı. Çox maraqlı mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşmədi. Məğlubiyyətsiz seriyaya başlayan Rəcəbov dördüncü turda da uğurlu çıxışını davam etdirdi. Bu dəfə Teymur daha bir Norveç şahmatçısı, Yoxan-Sebastyan Kristyenseni məğlub edərək ilk turdan yaxaladığı liderliyini davam etdirdi. Günün son qarşılaşmasında isə Teymuru daha ciddi sınaq gözləyirdi. İlk oyun günündə üçüncü norveçli rəqibi,dünya çempionu Maqnus Karlseninlə qarşılaşan Rəcəbov bu oyunda da inamlı çıxış edərək,məğlubiyyətsizlik seriyasını davam etdirdi. 

  Turnirdəki digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, Teymur qədər uğurlu start götürməsə də, sonradan özünə gəlməyi bacardı. Şah ilk turda ABŞ şahmatçısı Hikaru Nakamuraya məğlub oldu. İkinci turda  Məmmədyrov gənc vunderkind Əlirza Firuzcanı məğlub edərək onu hələ də hesabdan silməyə tez olduğunu göstərdi. Üçüncü turda Şəhriyar daha bir güclü şahmatçı, polyak Yan-Kşıştof Dudanı da məğlub etməyə bacardı. Dördüncü turda Şəhriyar Məmmədyarovun rəqibi 16 yaşlı Hindistan təmsilçisi Rameşbabu Praqnanadxaa olduSon saniyələrə qədər davam edən maraqlı qarşılaşma bərabərliklə nəticələndi. Günün son qarşılaşmasında isə, Şəhriyar Məmmədyarov daha bir amerikalı şahmatçısı, Vesli So ilə qarşılaşdıTəəsüf ki, Şəhriyar amerikalı rəqibi ilə bacara bilmədi və məğlub oldu. Amma buna baxmayaraq irəlidə hələ 10 turun olduğunu unutmayaq və Şəhriyar Məmmədyarovun toparlanacağına inanırıq.

Beləliklə Teymur Rəcəbov beş oyundan dörd xal toplayaraq ilk oyun gününü yarışın vahid lideri qismində bitirdi, digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, hal hazırda 2.5 xalla turnir cədvəlinin 8-10-cu yerləri bölüşür. 

  Yarış sabah Bakı vaxtı ilə saat 20:00-da davam edəcək.  


  Xatırladaq ki, «New İn Chess Classic» turniri mayın 2-dək davam edəcək. Üç günlük qrup mərhələsindən sonra (gündə 5 tur, cəmi 15 tur), ilk səkkiz yeri tutumuş şahmatçılar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. 16 şahmatçının mübarizə apardığı yarışıın mükafat fondu isə 100 000 ABŞ dolları təşkil edir. “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss