SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Qatil şahmat müəlliminin məhkəməsi başlayır - Bakıda

Ötən il oktyabr ayında Bakıda iki nəfəri bıçaqlayaraq onlardan birini öldürən şahmat müəllimi Tofiq Əlixanovun cinayət işi üzrə istintaq yekunlaşıb.

  Chess.az xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı tam orta məktəbin şahmat müəllimi olan 1983-cü il təvəllüdlü Tofiq Əlixanov Vətən Müharibəsi zamanı komendant saatından sonra həmyerliləri Məqatil ZeynalovMurad Bəhrəmovu “razborka”ya çağırıb.
T.Əlixanov gecə saat 02 radələrində görüşə gələn 40 yaşlı M.Zeynalov və 22 yaşlı M.Bəhrəmovu bıçaqlayıb. Hadisədən sonra Məqatil Zeynalovun meyiti qəsəbədə küçədən tapılıb. Murad Bəhramov isə ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Cinayəti  törədən Tofiq Zeynalov isə avtomobili ilə hadisə yerindən qaçmışdır. Daha sonra o saxlanılıb. Onun əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunduğu da məlum olub.
Həbs edildikdən sonra T. Zeynalov məktəbdəki işindən də çıxarılıb. O, 2007-ci ildən müəllim kimi işləyirmiş.
Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss