Dünən gecə saatlarında dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri olan “New In Chess Classic” turnirinin yarımfinal mərhələsinin ilk oyunları başa çatdı.
Təəsüf ki, mərhələnin ilk matçında təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ-lı rəqibi Hikaru Nakamuraya böyük hesabla məğlub oldu 1:3. Digər yarılmfinalda isə, Maqnus Karlsenlə erməni Levon Aronyan bərabərə qaldılar 2:2.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da mərhələnin cavab qarşılaşmaları baş tutacaq. Məmmədyarova cütün taleyini tay-brekə daşımaq üçün bu gün mütləq qazanmaq lazımdır.
Hikaru Nakamura - Şəhriyar Məmmədyarov
Levon Aronyan - Maqnus Karlsen
30-04-2021, 08:10