SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Jurnalistlər arasında şahmat turnirinin qalibləri mükafatlandırıldı (FOTOLAR)

Chess.az saytının texniki və informasiya dəstəyi ilə keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə idman jurnaslistləri arasında onlayn şahmat turnirinin qalibləri mükafatlandırıldı.

  Chess.az xəbər verir ki, idman jurnalistləri və mütəxəssislərin, o cümlədən qadınlar arasında şahmat üzrə Azərbaycan yığmasının üzvü qrossmeyster Zeynəb Məmmədyarovanın da iştirak etdiyi mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
  Daha sonra turnirin direktoru, AİJA-nın prezidenti Eldar İsmayılov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışaraq tədbirdə toplaşanları salamlayıb.
   Mayın 2-də keçirilən turnirdə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti iştirak etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Qol.az” saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti Samirə Allahverdiyeva isə üçüncü yeri tutublar. Qaliblər müvafiq olaraq yarışın baş sponsoru "E-Topaz"-ın mərasimdə iştirak etmiş əməkdaşları tərəfindən  500, 300 və 200 manat məbləğində pul mükafatları ilə təltif ediliblər.  

(Şəkillər: Azərtac)








скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss