SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Tanınmış jurnalist mükafatını "YAŞAT" fonduna köçürdü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə idman jurnaslistləri arasında onlayn şahmat turnirinin mükafatçılarından biri öz pul mükafatını "YAŞAT" fonduna hədiyyə etdi.

  Chess.az xəbər verir ki, turnirin nəticələrinə görə ikinci yer tutmuş tanınmış idman jurnalisti və müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı, turnirdə qazandığı 300 manat məbləğində mükafatını "YAŞAT" fonduna köçürüb. 

 Xatırladaq ki, "YAŞAT" fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılıb və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olur. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss