Dünən Naxçıvanda kişilər arasında Azərbaycan Çempionatının ikinci turun oyunları keçirildi.
Chess.az xəbər verir ki, ölkə birinciliyinin ikinci turunda üç şahmatçı qələbə qazana bildi. Bunlar, yenicə qrossmeyster adını qazanmış Aydın Süleymanlı və təcrübəli qrossmeysterlərimiz Nicat Məmmədov və Vasif Durabəylidi.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Azərbaycan çempionatının üçüncü turu start götürəcək.
Qeyd edək ki, yarış 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək. Kişilər arasında Azərbaycan Çempionatının mükafat fondu isə 15 000 manat təşkil edəcək.
3-CÜ TUR:
Vüqar Əsədli - Aydın Süleymanlı
Urfan Sevdimalıyev - Nicat Abbasov
Kənan Qarayev - Nicat Məmmədov
Fərid Abbasov - Eltac Səfərli
Misrətdin İsgəndərov - Vasif Durabəyli
Abdulla Qədimbəyli - Məhəmməd Muradlı
2-Cİ TUR:
Aydın Süleymanlı - Abdulla Qədimbəyli 1:0
Məhəmməd Muradlı - Misrətdin İsgəndərov 0.5:0.5
Vasif Durabəyli - Fərid Abbasov 1:0
Eltac Səfərli - Kənan Qarayev 0.5:0.5
Nicat Məmmədov - Urfan Sevdimalıyev 1:0
Nicat Abbasov - Vüqar Əsədli 0.5:0.5
1-Cİ TUR:
Nicat Abbasov - Aydın Süleymanlı 0.5:0.5
Vüqar Əsədli - Nicat Məmmədov 0.5:0.5
Urfan Sevdimalıyev - Eltac Səfərli 0:1
Kənan Qarayev - Vasif Durabəyli 0.5:0.5
Fərid Abbasov - Məhəmməd Muradlı 0.5:0.5
Misrətdin İsgəndərov - Abdulla Qədimbəyli 0.5:0.5
6-05-2021, 08:27