SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2021: "Dördlər Finalı" (CANLI,YENİLƏNİR)

Naxçıvan şəhərində şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatı davam edir. 

  Chess.az xəbər verir ki, çempionatın gedişində reqlamentdə dəyişiklik olduğundan, ölkə birinciliyində əvvəlcədən elan olunduğu kimi yalnzı 11 tur yox, sən demə ilk dörd yeri tutmuş şahmatçılar arasında əlavə final mərhələsi də oyunanılacaq. İstənilən halda bu qərar şahmat azarkeşlərinin ürəyincə oldu və onlar əlavə maraqlı partiyalar və finalı həyacanını izləmək imkanını qazanacaqalar.
  Heyyətinə görə Azərbaycan şahmat tarixində ən güclü çempionatının qrup mərhələsinin nəticələrinə görə, ilk dörd yeri aktivlərində 7 xalları olan Vasif Durarbəyli, Nicat Abbasov, Eltac Səfərli və 6.5 xalla Nicat Məmmədov tutublar. Məhz bu dörd şahmatçı Azərbaycan Çempionatının "Dördlər Finalında" mübarizə aparacaqlar. 
  "Dördlər Finalı" əvvəlcə iki klassik partiyadan ibarət olacaq (90 dəqiqə+hər gedişə 30 saniyə). Bu oyunlarda qalib müəyyənləşməsə, əlavə olaraq iki Rapid oynanılacaq (15 dəqiqə+hər gedişə 10 saniyə), rapiddə də bərabərlik olacağı təqdirdə iki Blitz partiya keçiriləcək (5 dəqiqə+hər gedişə 3 saniyyə). Blitzdə də qalib müəyyənləşməsə şahmatın penalti seriyası olan "Armaqedon" oynanılacaq.
  Bu gün keçiriləcək ilk yarımfinal matçlarında Eltac Səfərli-Nicat Abbasov  Nicat Məmmədov-Vasif Durarbəyli cütləri qarşılaşacaqlar. Mərhələ bu gün  Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 Qeyd edək ki, kişilər arasında Azərbaycan Çempionatının ümumi mükafat fondu 15 000 manat təşkil edir. 

1/2 FINAL (CANLI)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss