SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2021: Finalçılar müəyyənləşir (CANLI,YENİLƏNİR)

Naxçıvan şəhərində şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatı davam edir. 

  Chess.az xəbər verir ki, dünən start götürən "Dördlər Finalı" gərgin mübarizə şəraitində keçdi. Yarımfinalın ilk matçında çempionluğa əsas namizədlərdən biri hesab olunan Vasif Durarbəyli qara fiqurlarla Nicat Məmmədovu məğlub edərək final yolunda ciddi addım atmış oldu. Vasifə finala yüksəlmək üçün bu gün keçiriləcək cavab qarşılaşmada sadəcə məğlub olmamaq kifayətdir.  Digər yarımfinal qarşılaşmasında üz-üzə gələn  Nicat Abbasovla Eltac Səfərli  sülh bağladılar. 
  Qeyd edək ki, yarımfinal mərhələsində əvvəlcə iki klassik partiya oynanılır (90 dəqiqə+hər gedişə 30 saniyə). Bu oyunlarda qalib müəyyənləşmədiyi təqdirdə, əlavə olaraq iki Rapid oynanılacaq (15 dəqiqə+hər gedişə 10 saniyə). Rapiddə də bərabərlik olacağı təqdirdə iki Blitz partiya keçiriləcək (5 dəqiqə+hər gedişə 3 saniyyə). Blitzdə də qalib müəyyənləşməsə tərəflər "Armaqedon" oynayacaqlar.
  Bu gün keçiriləcək yarımfinal mərhələsinin cavab qarşılaşmaları Bakı vaxtı ilə saat 14:00-da başlayacaqlar. 

1/2 FINAL (CANLI)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss