SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar və Teymur 220 000 dollarlıq turnirə dəvət aldılar!

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olacaq “The FTX Crypto Cup”-ın keçiriləcəyi tarixlər və iştirakçıların siyahısı məlum oldu.   
  Chess.az xəbər verir ki, həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da qatılacağı onlayn turnir mayın 23-də start götürəcək və mayın 31-dək davam edəcək. Şəhriyarla Teymurdan başqa yarışda dünya çempionu norveçli Maqnus Karlsen, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland) və Dinq Liren (Çin) iştirak edəcəklər. Turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.

  Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss