SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionu Faiq Həsənovdan gileyləndi

Mayın 18-də şahmat üzrə Azərbaycan çempionu olmuş Vasif Durarbəyli sosial şəbəkələrdə etdiyi paylaşımla gündəmə gəldi.
Chess.az xəbər verir ki, Vasif Durarbəyli ölkə çempionu kimi Dünya kubokuna vəsiqə qazansa da, o bir ay öncə seçmə mərəhələdə iştirak etmək istəyib və hətta iştirak etmək üçün müraciət də edib. Lakin fedarasiya onun və çox güman ki, digər şahmatçıların bu arzusuna biganə yanaşıb 
Vasif Durarbəyli (2021-ci il Azərbaycan çempionu): "Tarixdə ilk dəfə olaraq Dünya kubokuna Avropa seçmələri hibrid formatda keçirilir. Məncə yaranmış vəziyyətdə qənaət-bəxş çıxış yolu bu idi və təşəbbüsü dəstəkləyirəm. Yarışda iştirak niyyətimi bir ay öncədən bəyan etsəm də qatıla bilmədim. Səbəb isə Azərbaycan Şahmat Federasiyasının(AŞF) vitze-prezidenti cənab Həsənovun ölkəyə xarici hakimin gətirilməsi xərclərinin AŞF tərəfindən ödənilməsinə qarşı olmasıdır. Hərçənd digər Qafqaz ölkələri Ermənistan və Gürcüstan, eləcə də Avropanın əksər ölkələr əcnəbi hakim gətirib. Əlqərəz Azərbaycan bu tarixi mötəbər yarışda təmsil olunmur"
 Xatırladaq ki, dünən start götürən Dünya kubokunun seçmə mərhələsi Hibrid formatda keçirilir. Amma fedrasiyanın artıq xərcə düşmək istəməməsi üzündən Azərbaycan şahmatçıları bu yarışda iştirak etmirlər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss