SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FTX Crypto Cup": Teymur Rəcəbov liderlər qrupunda. Şəhriyar özünə gəldi (CANLI.YENİLƏNİR)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olan “The FTX Crypto Cup” davam edir.   



PARTİYALAR (canlı)

  Chess.az xəbər verir ki, dünən axşam saatlarında həmyerlilərimiz Şəhriyar Məmmədyarov  Teymur Rəcəbov növbəti oyunlarını keçiriblər. İkinci oyun günü hər iki şahmatçı üçün uğurlu alındı. 

  Əvvəlcə Şəhriyarla Teymur 6-cı turda bir birinə qarşı "ənənəvi" heç-heçələrini etdilər. Daha sonra Şah 7-ci turda prinsipial qarşılaşmada erməni Levon Aronyanı məğlub etdi. Novbəti turlarda Məmmədyarov rus Yan Nepomnyaşiy və amerikalı Vesli So ilə ardıcıl iki heç-heçə edərək, günün son qarşılaşmasında fransız Maksim Vaşye-Laqrafı məğlub etdi. 

  Teymur Rəcəbov da dünən uğurlu çıxış etdi. 7-ci turda qara fiqurlarla Yan Nepomnyaşiyi məğlub edən Teymur, növbəti oyunlarda Vesli So və Maksim Vaşye-Laqrafla heç-heçələr edib. Günün son qarşılaşmasında isə, Teymur Argentina şahmatçısı Alan Peçotu məğlub etdi. 

  Beləliklə turnirdə keçirlmiş 10 turdan sonra, aktivlərindəə 6.5 xalları olan həmyerlimiz Teymur Rəcəbov və amerikalılar Fabiano Karuana ilə Hikaru Nakamura yarış cədvəlinə liderlik edirlər. İlk oyun günündə uğursuz çıxış edən lakin sonradan özünə gəlməyə bacaran Şəhriyar Məmmədyarov isə hal-hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. Bu gün keçiriləcək son beş turdan sonra turniri pley-off mərhələsinə vəsiqə qazanan səkkiz şahmatçının adı bəlli olacaq. 

  Xatırladaq ki, turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.
“Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss