SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FTX Crypto Cup": Teymur Rəcəbov yarımfinala doğru (CANLI.YENİLƏNİR)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olan “The FTX Crypto Cup” davam edir.   



PARTİYALAR (canlı)

  Chess.az xəbər verir ki, dünən 1/4 final mərhələsinin ilk oyunları keçirlib. Pley-ofda yeganə təmsilçimiz olan Teymur Rəcəbov mərhələnin ilk oyununda niderlandlı Aniş Girini üstələməyə bacardı 2.5:1.5. Digər matçların nəticələri isə belə oldu:

Yan Nepomnyaşiy (Rusiya) - Fabiano Karuana (ABŞ) 2:2 

Maksim Vaşye-Laqraf (Fransa) - Vesli So (ABŞ) 1:3 

Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) 2:2 

  Bu gün Bakı vaxtı ilə saat 19:00-da mərhələnin cavab görüşləri keçiriləcək.

  Xatırladaq ki, turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.
“Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss