SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Sumqayıt bulvarından Avropaya"- "Grand Chess Tour" başlayır

Bu gün Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsində iştirak etmək üçün Rumıniyaya yola düşüb.
 

 Chess.az xəbər verir ki, səfərə çıxmamışdan öncə Şah dünən doğma şəhəri olan Sumqayıtda gəzintidə olub  və səfərlə bağlı İnstaqram hesabından paylaşım edib :"Bu gün Sumqayıtın bulvarı, sabah isə Avropa və Qrand tur".  
   Qeyd edək ki, iyunun 5-də Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" şahmat seriyasına start veriləcək. Seriya ümumilikdə 5 mərhələdən və Böyük finaldan ibarət olacaq. Şəhriyar Məmmədyarovdan başqa şahmat seriyasında daha bir şahmatçımızı iştirak edəcək. Söhbət Teymur Rəcəbovdan gedir. Pandemiya dövründə onlayn şahmatın ulduzlarında biri olan Teymur təşkilatçıların diqqətindən yayınmadı və seriyaya dəvət aldı. Seriyanın 9 daimi üzvü və hər turnirdə iştirak edəcək dəvətli şahmatçılar iştirak edəcək. ŞəhriyarTeymurdan başqa ABŞ şahmatçıları Fabiano KaruanaVesli So, niderlandlı Aniş Giri, erməni Levon Aronyan, fransız Maksim Vaşye-Laqraf, rusiyalı Aleksandr Qrişyuk və macar Rixard Rapport da seriyanın daimi üzvü olacaqlar. Bu gün başlayacaq "Superbet Chess Classic Romania" turnirində dəvətli şahmatçı qismində isə, meydan sahibi Konstantin Lupulesku iştirak edəcək.

   
1. "Superbet Chess Classic Romania": 5-15 iyun 2021-ci il, Buxarest (Rumıniya), (klassik şahmat)
2. "Paris Rapid & Blitz": 17-22 iyun 2021-ci il, Paris (Fransa), (rapid və blitz)
3. "Croatia Rapid & Blitz": 5-12 iyul 2021-ci il, Zaqreb (Xorvatiya), (rapid və blitz)
4. "St Louis Rapid & Blitz": 9-16 avqust 2021-ci il, Sent-Luis (ABŞ), (rapid və blitz)
5. "Sinquefield Cup": 16-28 avqust 2021-ci il, Sent-Luis (ABŞ), (klassik şahmat)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss