Dünən Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinə start verilib.
CANLI YAYIM (VİDEO)
2-Cİ TUR CANLI(TAXTALAR ÜZRƏ)
"Superbet Chess Classic Romania" adlı turnirdə ölkəmizi iki şahmatçı təmsil edir. Bunlar Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur. Dünən turnirin birinci turu keçirildi. Şəhriyar ilk turda amerikalı Vesli So ilə, Teymur Rəcəbov isə digər ABŞ təmsilçisi Fabiano Karuana ilə bərabərə qalıblar. Qeyd edək ki, birinci turun digər qarşılaşmaları da bərabərliklə nəticələndi.
Bu gün yarışın ikinci turun oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişyukla, Teymur Rəcəbov isə Niderland Aniş Giri ilə qarşılaşacaqlar. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Xatırladaq ki, Şəhriyar və Teymurdan başqa turnirdə ABŞ şahmatçıları Fabiano Karuana və Vesli So, niderlandlı Aniş Giri, erməni Levon Aronyan, fransız Maksim Vaşye-Laqraf, rusiyalı Aleksandr Qrişyuk, macar Rixard Rapport və meydan sahibi Konstantin Lupulesku iştirak edirlər. Yarış iyunun 15-dək davam edəcək.
6-06-2021, 11:20