SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

""Grand Chess Tour": Şəhriyar və Teymur məğlubiyyətsiz irəliləyirlər (CANLI.YENİLƏNİR)

Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin oyunları davam edir. 
CANLI YAYIM (VİDEO)
3-CÜ TUR CANLI (TAXTALAR ÜZRƏ)
   Chess.az xəbər verir ki, dünən "Superbet Chess Classic Romania" adlı turnirin ikinci turunda ölkəmizi təmsil edən şahmatçılarımız Şəhriyar MəmmədyarovTeymur Rəcəbov növbəti heç-heçələrini etdilər.  Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişyukla, Teymur Rəcəbov isə Niderland Aniş Giri ilə xallarını bərabər bölüblər. Bu dəqiqələrdə turnirin üçüncü turun oyunlarına start verilib.  Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Deakla, Teymur Rəcəbov isə fransız Maksim Vaşye-Laqrafla qarşılaşır. Xatırladaq ki, ŞəhriyarTeymurdan başqa turnirdə ABŞ şahmatçıları Fabiano KaruanaVesli So, niderlandlı Aniş Giri, erməni Levon Aronyan, fransız Maksim Vaşye-Laqraf, rusiyalı Aleksandr Qrişyuk və meydan sahibləri Boqdan-Daniel Deak və  Konstantin Lupulesku iştirak edirlər. Yarış iyunun 15-dək davam edəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss