SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

""Grand Chess Tour": Məmmədyarov ümumi qələbənin bir addımlığında (CANLI.YENİLƏNİR)

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsi  başa çatacaq. 
       9-CU TUR CANLI 

   Chess.az xəbər verir ki, "Superbet Chess Classic Romania" turnirində inamlı çıxış edən təmsilçimiz Şəhriyar Məmmədyarov yarışda ümumi qələbə qazanmağa çox yaxındır. Bunun üçün Şəhriyara bu gün keçiriləck sonuncu turda fransız Maksim Vaşye-Laqrafa məğlub olmamaq kifayətdir. Erməni Levon Aronyan və amerikalı  Fabiano Karuana üzərində qazanılan ardıcıl inamlı qələbələr sayəsində aktivində 5.5 xalı olan Məmmədyarov hal hazırda ən yaxın izləyiciləri olan Aleksandr Qrişyuk, Vesli SoLevon Aronyanı bir xal qabaqlayır. 
  Yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov isə, turnirdə keçirdiyi səkkiz oyunun hamısını bərabərliklə başa vuraraq, hal-hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.
  Bu gün Bakı vaxtı ilə saat 16:00-da turnirin sonuncu turun oyunları keçiriləcək. Qeyd etdiyimiz kimi Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqrafla, Teymur Rəcəbov isə erməni Levon Aronyanla qarşılaşacaq. 
   "Grand Chess Tour" seriyasının növbəti mərhələsi iyunun 17-dən 23-dək  Fransanın paytaxtı Parisdə keçiriləcək. Mərhələ Rapid və Blitz turnirlərdən ibarət olacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss