SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov 90 000 dolların sahibi oldu!

Bu dəqiqələrdə Rumıniyanın paytaxtı Buxarestdə davam edən "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin sonuncu turun oyunları davam edir. 
9-CU TUR CANLI 
   Chess.az xəbər verir ki, "Superbet Chess Classic Romania" turnirində inamlı çıxış edən təmsilçimiz Şəhriyar Məmmədyarov son turda ona lazım olan heç-heçəni edərək digər qarşılaşmaların nəticələrindən asılı olmayaraq yarışın qalibi oldu. Şəhriyar fransız Maksim Vaşye-Laqrafla 25-ci gedişdə heç-heçəyə razılaşaraq xallarını 6-yə çatdırdı və rəqibləri üçün əlçatmaz oldu. 
  Yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov də artı çıxışını bitirib. Rəcəbov erməni rəqibi Levon Aronyanla da bərabərə qalaraq turniri 4.5 xalla baş vurdu (9 oyu, 9 heç-heçə). Qeyd edək ki, turnirdəki qələbə təmsilçimiz Şəhriyar Məmmədyarova 90 000 ABŞ dolları qazandırdı. Seriyanın növbəti mərhələsi iyunun 17-dən 23-dək  Fransanın paytaxtı Parisdə keçiriləcək. Mərhələ Rapid və Blitz turnirlərindən ibarət olacaq. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss