SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sənin ən güclün də, çempionun da, gəncin də səndən narazıdır, Faiq müəllim!

Azərbaycanda Şahmat Federasiyasına müxalif olmayan şahmatçı çox nadir halda tapılar. Və təəsüf ki, bu böhran getdikcə daha da dərinləşir. 
  Bir çox gənc şahmatçılar və onların valideynləri, vaxtı ilə yığmamızın şərəfini qorumuş təcrübəli şahmatçılar və pedaqoqlar və hətta hal-hazırda dünyanın ən güclü beş qrossmeysterindən biri olan Şəhriyar Məmmədyarov da federasiyadan narazılıqlarını açıq şəkildə bildirirlər.
  Bəs bunun səbəbi nədir? Bir ölkənin federasiyası nədən bu qədər sevilməsin?  Bu suala cavab tapmağa çalışaq.

NECƏ OLMALIDIR:  Əslində hər bir ölkənin şahmat federasiyası öz ölkəsində fəaliyyət göstərən və həmin ölkəni təmsil edən bütün şahmatçılara hiss ediləcək dərəcədə dəstək olmalıdır. Söhbət həm mənəvi, həm də maddi dəstəkdən gedir. Federasiya ölkənin şahmat həyatında baş verən bütün hadisələri yaxından izləyib, həmin tədbirlərdə fəal iştirak etməlidir. Ölkədə fəaliyyət göstərən digər federasiyalarla, cəmiyətin digər üzvləri ilə, rayon uşaq və gənclər idarələri ilə və şahmatdan yazan və yazmayan bütün media quruluşları ilə yaxın təmasda olmalıdır. Bir sözlə təmsil etdiykləri idman növünün inkişafı üçün əllərində gələn hər bir şeyi etməlidirlər. Bu istənilən idman növündə fəaliyyət göstərən federasiyaların təməl prinsipləridir. 

MÖVCUD OLAN: Bunların hansı bizim şahmat federasiyasında var? Ölkədə keçirilən turnirlərin əsasnamələrində federasiyanın möhürünü çıxmaq şərti ilə belə bir qurumun ümumiyyətlə varlığı belə hiss olunmur. Sən necə bir federasiya olasan ki, sənin bir nömrəli şahmatçın Şəhriyar Məmmədyarov gedib səviyyəcə çox güclü və dünyanın TOP-10-da yer alan yeddi şahmatçının qatıldığı bir superturnirinin qalibi olsun, amma sən ona quru təbrik belə ünvanlamayasan? Və bu hərəkətinlə adamı məcbur edirsən ki, o bu küskünlüyünü açıq şəkildə öz Feysbuk səhifəsindən dilə gətirsin. Ayıbdır axı. Onu bizdən başqa bütün dünya izləyir. Dost da izləyir, düşmən də izləyir. Xatırladaq ki, bugünlərdə ölkənin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsində möhtəşəm qələbəsindən sonra, öz Feysbuk səhifəsindən qələbəsinin əhəmiyyətindən və federasiyanın onun təbrik etməməsidən bəxş etmişdir:"Əziz dostlar, bildiyiniz kimi "GRAND CHESS TOUR" turnirinin qalibi oldum. Bu mənim qazandığım ən güclü turnir idi. Bildiyiniz kimi turnirdə top onluqdan 7 şahmatçı iştirak edirdi. Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. P.S: Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlarda sevinir, təbrik almamağıma baxmayaraq. Sizin Şəhriyar".

İndi bu yerdə maraqlı bir sual yaranır. Sənin bayrağını, ölkəni təmsil edən bir şahmatçı gedib çox güclü bir turnirin qalibi olur. Özü də bu qələbəni möhtəşəm şəkildə əldə edir. Turnirin gedişində ardıcıl olaraq erməni Levon Aronyanı və dünyanın iki nömrəli şahmatçısı olan Fabiano Karuananı məğlub edir. Bütün dünya Şəhriyarın bu uğurundan danışır... Amma sən?  Sən öz şahmatçını belə bir böyük uğuru münasibətilə necə və niyə təbrik etməyəsən axı? 

Şəhriyar səndən nə pul, nə mənzil, nə də ki, avtomobil tələb etmir ki. Adam çıxıb haqlı olaraq gileylənir ki, məni təbrik edən olmayıb. Sizdən sadəcə quru bir təbrik istədi. 

Şəhriyar Məmmədyarov kimi dahi şahmatçıya  quru təbriki belə qıymayan federasiyadan başqaları nə gözləsin? Bax bu sualın cavabı çox düşündürür...... 

Yəqin ki, Məmmədyarovun iki il öncəki üsyanını unutmamısız? O vaxt federasiya söhbətdən birtəhər çıxmağı bacarmışdır. Bəs nə deyişdi? Nə vaxt bu adama dəyər veriləcək? Çıxıb bundan sonra İsveçrə və ya ABŞ-ı təmsil edəcəm deyəndən sonra? Federasiya o zaman işə düşəcək? Düzdür Şəhriyarın bunu edəcəyinə inanmıram, amma nə vaxtsa etmək mücburiyyətində qalsa şəxsən mən onu qınayanların sırasında olmayacam. 

Son illər onlarla şahmat mütəxəssisi sürətlə ölkəni tərk edir. Qardaş Türkiyənin demək olar ki, hər bir klubunda ən az bir azərbaycanlı məşqçi çalışır. Niyə? Onlara şərait yaradıb ölkədə saxlamaq olmazdırmı? Hərəsi üç dörd ildən bir Azərbaycan şahmatına güclü bir şahmatçı bəxş etsəydi nə olacaqdır ki? Ancaq xeyrini görərdik onun. 

Bu yaxınlarda gənc və perspektivli şahmatçımız Xəzər Babazadənin atası Araz Babayevin yazdıqları statusları xatırladım. Statuslarından bəllidir ki, Xəzər Faiq Həsənovun qara siyahısına düşüb. Təbii ki, Xəzər özü Faiq Həsənova şəxsən heçnə etməyib. Xəzər o yaşda deyil ki, 81 yaşlı bir adamla dava etsin və ya prinsip aparsın. O ya atasının hansısa çılğın hərəkətinə görə, ya da ümumiyyətlə başqa bir səbəb üzündən cənab Həsənovun qəzəbinə tuş gəldi. 

Amma burada çox önəmli bir məqam var. Ölkə prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bu ölkədə heç bir vəzifə sahibi oturduğu kreslodan şəxsi obyekti kimi istifadə edə bilməz. Və təbii ki, heç kimlə şəxsi haqq hesab çürüdə bilməz! Hər bir məmur ölkənin inkişafı üçün çalışmalıdır. Bunun əksini edən isə cinayətkardır. 

Sən oturub 13-14 yaşlı, onlayn turnirdə dünyanın ən yaxşı şahmatçılarından biri olan Hikaru Nakamuranı məğlub edən, öz gücü ilə Fide Master tituluna yiyələnən bir uşaqla prinsip aparırsan? Əgər belədirsə, deməli sən Azərbaycan şahmatınını inkişafına yox, çöküşünə xidmət edirsən. 

Hələ bu məslənin mənəvi tərəfləridir. Məslənin hələ maddi tərəfi də var. Adicə FİDE İD-nin alınması üçün uşaqlardan yığılan pullardan bəhs etsək kifayətdir. FİDE tərəfindən tamamilə pulsuz təqdim olunan fərdi indetifikasiya kodunu (FİDE İD), bizim federasiyamız tərəfində 10-30 manat arsında dəyişən qiymətlərə satılır. Yığılan pullar şahmatın inkişafınamı yönəlir? Zənnimcə yox. 

Bu yaxınlarda Dünya kubokuna seçmə mərhələsində ölkəmizin iştirak etməməsini yada salmaq kifayətdir. Bunun səbəbi isə gülünc olduğu qədər acınacaqlıdır. Sən demə bizim fedrasiya Hibrit formatında keçirilən seçmə turnir üçün, xaricdən ölkəmizə 4-5 hakimin gəlişini təmin edə bilmirmiş. Və ya bilir, sadəcə buna baş qoşmamaq qərarına gəlmişdir. Bunula bağlı sonuncu Azərbaycan çempuionu Vasif Durarbəylinin  Fransada yaşayan qrossmeysterimiz Namiq Quliyevin haqlı narazılığını saytımızda geniş işıqlandırmışdıq. 

Bu arada bayaqdan federasiya-federasiya deyirik. Əslində bu narazılıqların arxasında ümumilikdə federasiya və onun prezidenti Elman Rüstəmov yox, başqa bir adam dayanıb. O da federasiyanın 81 yaşlı vitse-prezidenti, Vikipediyada yazıldığı kimi şahmatçı, şahmat hakimi və televiziya aparıcısı Faiq Həsənov dayanır .Yani Azərəbaycan kimi şahmat ölkəsinin şahmat həyatını bir nəfərin şəxsi münasibətləri və şəxsi prinsipləri idarə edir. Məncə çox ayıbdır. 

Ölkə prezidenti cənab İlham Əliyev hər dəfə şahmatçılarımızı qəbul edəndə həmin Faiq Həsənov ön sıralarda dayanıb şahmatda demək olar ki, bütün uğurlarını özü ilə bağlamağa çalışır. Amma əsl reallıq budur. 

Sənin ən güclün də, çempionun da, gəncin də səndən narazıdır, Faiq müəllim!

Müəllif:Emil Əliyarlı

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss