SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Prague Masters 2021": Nicat Abbasovdan sərt eniş

Çexiyanın paytaxtı Praqada ənənəvi "Prague Chess Masters" şahmat turniri başa çatdı.
   Chess.az xəbər verir ki, "Prague Chess Festivals" çərçivəsində keçirilən Masters turnirində iştirak edən həmyerlimiz Nicat Abbasov, təəsüf ki, yarışın sonunu uğursuz keçirərək turniri beşinci pillədə bitirdi. İlk dörd turdan sonra aktivində 3 xalı olan Nicat liderlər qrupunda yer alırdı. Amma təəsüf ki, sonraki turlarda Abbasov uğurlu çıxışını davam etdirə bilmədi. Ardıcıl olaraq ABŞ təmsilçisi Sem Şenklanda və polyak Radoslav Voytaşekdən aldığı ağır məğlubiyyətlər Nicatı liderlər qrupundan uzaq saldı. Yalnız son turda Nicat Abbasov özünə gələrək Çexiyanı təmsil edən Tay Dan Van Nquyenlə heç-heçə edib və yekunda 3.5 xalla turnirin beşincisi oldu. "Prague Chess Masters"-in qalibi isə 5.5 xalla amerikalı Sem Şenkland oldu. Polşa şahmatçıları Yan-Kşıştof Duda  Radoslav Voytaşek isə, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibi olublar.   

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss