SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov Dünya kubokunda iştirak etməyəcək!

İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək şahmat üzrə Dünya Kubokunda iştirak edəcək bütün şahmatçıların adları məlum oldu.
Chess.az xəbər verir ki, ölkəmiz kişilərin yarışında üç, qadınların yarışında isə dörd şahmatçı ilə təmsil olunacaq. Kişilər arasında Dünya kubokunda ölkəmizi yüksək reytinqinə görə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, son Azərbaycan çempionu Vasif DurarbəyliFİDE tərəfindən xüsusi dəvət almış Nicat Abbasov təmsil edəcəklər. Maraqlısı odur ki, Dünya kubokunun son qalibi, həmyerlimiz Teymur Rəcəbov turnirdə iştirak etməkdən imtina edib. Onun əvəzinə isə FİDE tərəfindən yarışa israilli şahmatçı Boris Qelfand dəvət olunub.

 Qadınların yarışında isə Azərbaycanı Günay Məmmədzadə, Ülviyyə Fətəlliyeva, Türkan Məmmədyarova və son ölkə çempionu Gülnar Məmmədova təmsil edəcəklər.   
 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss