SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Serbia Chess Open 2021"-də 17 şahmatçımız iştirak edəcək

İyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqrad şəhərində 1-ci Beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri keçiriləcək.
Chess.az xəbər verir ki, ilk dəfə keçirilməsinə baxmayaraq sözügedən turnir şahmatçıların böyük marağına səbəb oldu. Təsadüfi deyil ki, "Serbia Chess Open 2021"-də 42 ölkədən 461 şahmatçı iştirak edəcək. Ümumi mükafat fondu 25 000 avro olan yarış, iki qrup üzrə keçiriləck, "Masters""Amateurs". Yarışda Azərbaycan da geniş təmsil olunacaq.  17 şahmatçımız turnirdə iştirak etmək üçün iyulun 1-də Serbiyaya yollanacaqlar. Onlardan 13-ü "Masters", dördü isə "Amateurs" yarışlarında iştirak edəcəklər. Yarışın reytinq favoriti isə rusiyalı Vladimir Fedoseyev (2696) olacaq. 


Turnirdə iştirak edəcək şahmatçılarımız bunlardır: 
"Masters" : Eltac Səfərli (2598), Vüqar Əsədli (2572), Aydın Süleymanlı (2560), Misrətdin İsgəndərov (2535), Ülvi Sadıqov (2490), Vüqar Rəsulov (2478), Məhəmməd Muradlı (2449), Əhməd Əhmədzadə (2431), Xəzər Babazadə (2409), Pərviz Qasıımov (2341), Read Səmədov (2332), Toğrul Həsənzadə (2317), Gövhər Beydullayeva (2263).
"Amateurs": Sadiq Qarayev (1805), Nəsrin Babayeva (1704), Nazlı Hümbətova (1381), Ramazan Şərifov (1198).  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss