SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmatçılarımızın Dünya kubokundaki rəqibləri bəlli oldu!

İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək şahmat üzrə Dünya Kubokunda iştirak edəcək şahmatçılarımızın rəqibləri bəlli oldu.
Chess.az xəbər verir ki, kişilərin yarışında 1/128 final mərhələsindən yalnız Vasif Durarbəyli mübarizəyə qoşulacaq. Digər şahmatçılarımızı isə mübarizəyə 1/64 final mərhələsindən başlayacaqlar.  Vasif bu mərhələdə Finlandiyanı təmsil edən Dmitrtiy Sklyarovla qarşılaşacaq. Bu cütün qalibini isə 1/64 final mərhələsində rusiyalı Aleksandr Predke gözləyəcək. Kişilərin yarışında digər təmsilçilərimiz Şəhriyar MəmmədyarovNicat Abbasov isə yuxarıda qeyd etdiyimiz kimi mübarizəyə 1/64 final mərhələsindən qoşulacaqlar. Şəhriyar Braziliyanı təmsil edən erməni əsilli Krikor Mxetaryanla meksikalı Karlos Zamora, Nicat Abbasov isə venesuelalı Pedro Ramon Reyeslə Ermənistan təmsilçisi Şant Sarqisyan cütlərin qalibləri ilə qarşılaşacaqlar. 

  Qadınların yarışına gəlincə, 1/64 final mərhələsində  Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdezlə, Gülnar Məmmədova estoniyalı Mai Narva ilə, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padmini ilə qarşılaşacaqlar. Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə 1/32 final mərhələsindən qoşulacaq. Günayın bu mərhələdə rəqibi isə, slovakiyalı Laurua Unukla suriyalı Şafa Şrukun cütün qalibi olacaq. 

BÜTÜN CÜTLƏŞMƏLƏR

 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss